
Yunanıstanın “Panserraikos” komandası “Zirə”nin futbolçusu Dimitrios Çantakiasla maraqlanır.
Sportnet.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi də ölkəsinə qayıtmağa müsbət yanaşır. Razılıq əldə olunarsa, yunanıstanlı oyunçu mövsümün sonunda azad agent kimi Serre təmsilçisinə keçəcək.
Qeyd edək ki, Dimitrios Çantakias 2020-ci ildən “Zirə”nin şərəfini qoruyur.