
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV turun görüşlərinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son oyun günü "Qəbələ" doğma meydanda "Araz Naxçıvan"la üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda 26 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan ev sahiblərinin I Liqaya düşəcəyi dörd tur əvvəl dəqiqləşib.
35 xala malik Naxçıvan təmsilçisi isə doqquzuncu pillədə yer alıb.
Qeyd edək ki, turun digər görüşlərində "Qarabağ" "Turan Tovuz"a (4:3), "Sabah" "Sumqayıt"a (2:0), "Neftçi" "Səbail"ə (3:0), "Zirə" isə "Kəpəz"ə (1:0) qalib gəlib.
19 may (bazar)
“Qəbələ”– “Araz-Naxçıvan” - 2:0
Qollar: Osama Xalayla, 51. Əyyub Allaş, 87
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
Qəbələ şəhər stadionu
17 may (cümə)
“Qarabağ” – “Turan Tovuz” - 4:3
18 may
"Sabah" – "Sumqayıt" - 2:0
"Səbail" – "Neftçi" - 0:3
"Kəpəz" – "Zirə" - 0:1