Maliyyə problemləri yaşayan çempionatın gümüş mükafatçısı "İnter" Topaz Premyer Liqasının son turunda "Sumqayıt"la oyuna əvəzedici heyətinin futbolçuları ilə çıxıb. Sportnet.az-ın məlumatına görə, tarixində ilk dəfə "Sumqayıt"a yenilən "bankirlər"in məşqçisi Roman Cəfərov 1:3 hesabının oyuna uyğun olduğunu bildirib.
O, deyib: "Əvəzedici heyətlərin çempionatında qızıl medal qazanan futbolçulara şans vermişdik. Məqsədimiz odur ki, gənc futbolçular heyətdə möhkəmlənsinlər. Bu gün hesabı biz açsaq da, qələbə üçün təcrübəmiz çatmadı. Hesab oyuna görə oldu”.
Qeyd edək ki, ötən tur "Qarabağ"la oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze və bütün legionerlər klubu tərk ediblər.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |