Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı”da ilk ayrılıq reallaşıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi qapıçı Əkpər Vəliyev ilə vidalaşıb. Onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, “Şamaxı” bu mövsüm I Liqanın qalibi olaraq Premyer Liqada oynamaq hüququ əldə edib.