
“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında anlaşma bir il müddətinə uzadılıb.
35 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
O, "Qarabağ"la 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard Almeyda bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.