Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şamaxı” komandası heyətini gücləndirib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, bölgə təmsilçisi qapıçı Kamal Bayramovu transfer edib.
39 yaşlı qolkiperlə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, K.Bayramovun son klubu “Turan Tovuz” olub.