“Sabah” futbolçusu Emmanuel Apehlə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Klub xidmətlərinə görə oyunçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.