
AVRO-2024-ün 1/4 final mərhələsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, sonuncu yarımfinalçı Berlində bəlli olub.
Türkiyə yığması Niderlandla görüşüb. “Ay-ulduzlular” Samet Akaydının qolu ilə fasiləyə üstün yollansalar da, ikinci hissədə "narıncılar" oyunun axarını öz xeyirlərinə dəyişə biliblər. 6 dəqiqəyə 2 qol vuran Niderland yığması yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 9-10-da keçiriləcək.
--------------------------------------
Avropa çempionatında yarımfinal mərhələsinin daha bir iştirakçısı bəlli olub.
Sportnet.az xəbər verir ki, 1/4 finalda İsveçrə yığmasına qalib gələn İngiltərə millisi növbəti raunda vəsiqə qazanıb.
Matçın əsas vaxtı heç-heçə ilə başa çatıb - 1:1. Əlavə vaxtda hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq (5:3) oynayan ingilislər yarımfinala adlayıblar.
İngiltərə millisinin 1/2 finaldakı rəqibi Niderland-Türkiyə cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl İspaniya və Fransa yığmaları yarımfinala vəsiqə qazanıblar.
----------------------------------
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq.
İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə isə İtaliya yığmasından üstün olub - 2:0.
İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.
1/4 finalın son qarşılaşmasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. 1/8 finalda Türkiyə yığması Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.
Fransalı referi Klement Türpenin idarə edəcəyi matç Berlindəki Olimpiya stadionunda baş tutacaq.
AVRO-2024
1/4 final
6 iyul
20:00. İngiltərə - İsveçrə - 1:1 (Penaltilərdə 5:3)
Qollar: Bukaya Sako, 80 - Brill Embolo, 75
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".
23:00. Niderland - Türkiyə - 2:1
Qollar: Stefan De Vrey, 70. Mert Müldür, 76 (öz qapısına) - Samet Akaydın, 35
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.