
"Sumqayıt" futbolçusu Masaki Murata ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi ilə "gənclik şəhəri" təmsilçisi arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
Qeyd edək ki, Masaki Murata ötən mövsümün əvvəlində "Sumqayıt"a keçmişdi.