"Kəpəz" heyətini portuqaliyalı qapıçı ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, tam adı Paulu Rojeriu Veyqu dos Santuş olan qolkiperlə 1 illik müqavilə bağlanıb.
Portuqaliyalı qolkiperin son klubu vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdensi" olub. 25 yaşlı çərçivə qoruyucusu "Braqa" akademiyasının yetirməsidir.
O, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.