Türkiyənin "Fənərbağça” klubunun keçmiş ulduzu Aleks de Souza futbolçu bu ilin sonunda karyerasını başa vuracağı tarixi açıqlayıb. Sportnet.az-ın məlumatına görə, dekabrın
7-də Braziliya A seriysında "Bahia”ya qarşı keçiriləcək oyun braziliyalı
futbolçunun vida matçı olacaq.
35 yaşlı əfsanə Aykut
Kocamandan sonra "Fənərbağça”da ən çox qol vuran ikinci futbolçudur. O, "sarı-lacivərlilər"in formasıyla keçirtdiyi 242 oyunda
137 qol vurub.
Qeyd edək ki, Aleks de Souza hazırda Braziliyanın "Kortiba” klubunun şərəfini
qoruyur.