
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) iyunun 5-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilməsi planlaşdırılan Konfransı koronavirusa görə təxirə salınıb.
Sportnet.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Konfransın sentyabrın 18-də baş tutacağı bildirilib.
Daha əvvəl ali futbol qurumunun 20 martda İsveçrənin Sürix şəhərində nəzərdə tutulan Konfransı da eyni səbəbdən ləğv olunub. Həmin tədbirin yeni tarixi hələ açıqlanmayıb.