
Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, əvvəlcə əməkdar artist, Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Səbinə Babayeva Dövlət Himnini səsləndirib.
Daha sonra milli vətənpərvərlik ruhlu kompozisiyalar nümayiş etdirilib.
Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye topla müxtəlif tryuklar göstərib.
Türkiyəli pop ulduzu Aleyna Tilki və Azərbaycanın xalq artisti Aygün Kazımova sevimli mahnılarını ifa ediblər.
Sonda turnirin rəsmi maskotu Maralzadə səhnəyə çıxıb.
Xatırladaq ki, iyunun 1-dək davam edəcək dünya çempionatında 32 ölkə mübarizə aparacaq.