Cari mövsümü futzal üzrə Yüksək Liqanı üçüncü pillədə başa vuran və bürünc medal qazanan “Neftçi” İK bunadək sonuncu medalını 2016-2017-ci il mövsümündə qazanıb.
Sportnet.az xəbər verir ki, həmin il “Araz-Naxçıvan”ın liderliyinə mane ola bilməyən “ağ-göylət” gümüş medalla kifayətlənib.
Beş mövsümlük fasilədən sonra “Neftçi” İK Elşad Quliyevin rəhbərliyi altında bürünc medalı kolleksiyasına əlavə etdi. Yeri gəlmişkən, “Neftçi” İK artıq 3-cü dəfə bürünc medal qazanıb. Buna qədər 2012-2013 və 2015-2016-cı il mövsümündə analoji uğuru əldə edib.
Qeyd edək ki, bu komanda üçün cari mövsüm hələ başa çatmayıb. Belə ki, mayın 24-də keçiriləcək Badamlı Azərbaycan Kubokunun finalında “Neftçi” İK “Alyans Qrup”la qarşılaşacaq.









                 





    
    
    
    
    
    
    
    
    






















































