Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib ikiqat Avropa çempionu İtaliya yığması olub.
Serbiyanın paytaxtı Belqradda keçirilmiş qarşılaşma son çempionların qələbəsi ilə yekunlaşıb - 3:0. Azərbaycan futzalçıları D qrupunda sonuncu oyununu fevralın 5-də Çexiyaya qarşı keçirəcək.
İlk yarış günündə iki oyun keçirilib. A qrupunda Serbiya Sloveniyanı 5:1, İspaniya isə Macarıstanı 5:2 hesabı ilə məğlub edib.
00:00. İtaliya - Azərbaycan - 3:0
Qollar: Aleks Merlim, 20; 21. Danel Giasson, 29
Qırmızı vərəqə: Amadeu, 19 (AZƏRBAYCAN)
Hakimlər: Mark Birkett (İngiltərə), Oleq İvanov (Ukrayna), Kamil Çetin (Türkiyə), Tomaş Frak (Polşa).
Belqrad. "Belqrad Arena"
Qeyd edək ki, qrup mərhələsinə fevralın 7-də yekun vurulacaq. Avropa çempionatında 12 komanda 4 qrupda mübarizə aparır. Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibi 1/4 finala yüksələcək.