
Premyer Liqanın ilk turunda üz-üzə gələcək "İnter" və "Qəbələ" komandaları arasında keçiriləcək görüşün başlanma saatı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, rəqiblər saat 20:00-da qarşılaşacaq.
Görüş avqustun 10-da "Şəfa" stadionunda baş tutacaq.
Avqustun 9-da isə komandaların əvəzedici heyətləri üz-üzə gələcək və matç sat 17:00-da start götürəcək.