Topaz Premyer Liqasının II tur çərçivəsində keçiriləcək "Qarabağ" - "İnter" oyunun yeri dəyişdirilib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün "Tvente" ilə matça qədər ideal halda saxlanması üçün bu addım atılıb.
Avqustun 16-da baş tutacaq "İnter" ilə oyun Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" - "İnter" qarşılaşması saat 18:00-da start götürəcək və İdman Azərbaycan telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
| 1 | Sabah | 33 | 78 |
| 2 | Qarabağ | 33 | 69 |
| 3 | Turan-Tovuz | 33 | 59 |
| 4 | Neftçi | 33 | 59 |
| 5 | Zirə | 33 | 53 |
| 6 | Araz-Naxçıvan | 33 | 46 |
| 7 | Sumqayıt | 33 | 41 |
| 8 | Şamaxı | 33 | 38 |
| 9 | İmişli | 33 | 34 |
| 10 | Kəpəz | 33 | 27 |
| 11 | Qəbələ | 33 | 27 |
| 12 | Karvan-Yevlax | 33 | 15 |













































































