
Topaz Premyer Liqasının XVIII turunun "Simurq” – "Bakı” oyunu sabah keçiriləcək. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün saat 17:00-da başlanmalı olan görüş əlverişsiz hava şəraitinə görə, yarışların əsasnaməsinə uyğun olaraq, bir gün sonraya təxirə salınıb. Oyunun start fiti sabah saat 12:00-da veriləcək.