Rikardo Viana Filo karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, “Levski”nin üzvü ilə “Neftçi” yaxından maraqlanır. Məlumatı “Topsport.bg” portal yayıb.
Sofiya təmsilçisinin futbolçusu yayda flaqmana transfer oluna bilər. Lakin “Levski” rəhbərliyi Rikardinyonu 1 milyon avrodan aşağı məbləğə buraxmaq fikrində deyil. Braziliyalı “Qremio”, “Maritimo” və “Atletiko Qoyaniense”də oynadıqdan sonra 2023-cü ildə “Levski”yə keçib.