
Azərbaycanı Almaniyanın Kotbus şəhərində təşkil olunacaq Dünya Kubokunda təmsil edəcək idman gimnastları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ölkəmizi beynəlxalq turnirdə məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi altında Rəsul Əhmədzadə, Nikita Simonov, İvan Tixonov, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva təmsil edəcək.
Rza Əliyev, Əhməd Ağayev və Anjella Abdullayeva isə hakim kimi fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Dünya Kuboku fevralın 20-23-də baş tutacaq.