Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Arzu Cəlilova peşəkar idmançı karyerasını başa vurub.

 

Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat yayıb.

 

Cəlilova Milli Gimnastika Arenasında baş tutan yarış zamanı gimnast kimi son çıxışı ilə idman karyerasına vida edib. AGF-nin baş katibi Fatimə Şəfizadə onu Azərbaycan gimnastikasının inkişafına verdiyi töhfələrə görə təltif edib.

 

Qeyd edək ki, Arzu Cəlilova Avropa çempionatının bürünc, gənclər arasında dünya çempionatının gümüş və bürünc medalçısıdır.