Gəncə İdman Sarayında keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci yarış günündə təsnifat mərhələsi gerçəkləşib.
Sportnet.az xəbər verir ki, idmançılar qarışıq cütlük, üçlük, qrup və aerodans kateqoriyaları üzrə təsnifat mərhələsində çıxışlarını tamamlayıblar.
Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının favorit cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsindəki çıxışına əsasən final mərhələsinə vəsiqə qazanıb.
Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma baş tutub. 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya, 3-cü yerdə İspaniya komandası qərarlaşıb.
Qeyd edək ki, Avropa çempionatına 18 ölkədən 151 gimnast qatılıb.
















































































