
Azərbaycan Gimnastika Federasiyası (AGF) bir qrup idmançı, məşqçi və mütəxəssisi xatirə medalları ilə təltif edib. Sportnet.az-ın məlumatına görə, xatirə medalı federasiyanın İcraiyyə Komitəsinin iclasında təsis olunub.
Qızıl medala AGF İcraiyyə Komitəsinin sabiq üzvü Arif Qafarov, gümüş medala "Bakı 2015" I Avropa Oyunlarında 5 medal qazanmış idman gimnastı Oleq Stepko və şəxsi məşqçisi Pavel Netreba layiq görülüb.
Bürünc medallara isə Mariana Vasilyeva, Marina Durunda, Anastasiya Prosolova, İlya Qrişunin, Petro Paxnyuk, Eldar Səfərov, qrup hərəkətləri komandası, Vladimir Şulenin və digərləri daxildir.