1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Gimnastika İttifaqının bayrağı Azərbaycana təqdim olundu
Həftəsonu İspaniyanın Valyadolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 25-ci Avropa Çempionatı keçirilib. Sportnet.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, ölkəni batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Dmitriy Fedorovskiy və Sabina Zaytseva, tamblinq üzrə turnirdə Mixail Malkin və ikili mini batut üzrə yarışlarda Dmitriy Fedorovskiy təmsil edib.
İkili mini batut üzrə yarışlarda debüt çıxışında 74.100 xal toplayan D.Fedorovskiy fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 1-ci və 2-ci yerləri isə Rusiya idmançıları öz aralarında bölüşüblər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, Azərbaycanın batut gimnastikası üzrə təmsilçiləri ilk dəfə olaraq həm fərdi, həm də sinxron çıxışlarda finala – Avropanın 8 güclü gimnastları sırasına daxil ola biliblər. Nəticədə, O.Piunov özünün ən yaxşı çıxışını (57.525) nümayiş etdirərək, fərdi çıxış proqramı üzrə yarışlarda 5-ci yeri qazanıb. O, sinxron cütlük tərkibində İ. Qrişuninlə birlikdə 7-ci yerdə qəralaşıb.
M.Malkin də ilk dəfə olaraq Avropa Çempionatında tamblinq üzrə yarışlarda finala vəsiqə qazanaraq, 8-ci olub.
Bağlanış mərasimində, batut gimnastikası üzrə növbəti - 26-cı Avropa Çempionatının 2018-ci ildə Bakıda keçiriləcəyindən, Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Azərbaycana təqdim olunub. Bayrağı UEG-nin Vitse-prezidenti kimi səlahiyyətləri çərçivəsində hazırki çempionatın Apellyasiya Kollegiyasının Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov qəbul etdi.