Bu il İslandiyanın paytaxtı Reykyavikdə təşkili planlaşdırılan “Eurogym” gimnastika festivalı təxirə salınıb.
Sportnet.az Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, tədbir 4 - 8 iyul 2021-ci ildə baş tutacaq. Yaş həddi 18-in əvəzinə 19-a qaldırılacaq və bütün qeydə alınan iştirakçıların iştirak etmələrinə imkan yaradılacaq.
“Eurogym" Qala üçün 37 ölkə müraciət edib və bunlardan yalnız 18-i qəbul olunub, onların içərisində Azərbaycanın "Alov" komandası da var.
Qeyd edək ki, gimnastika festivalı bu il 12 - 16 iyulda keçirilməli idi.