
Rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan millisinə qoşulmaq ümidini itirməyib.
Sportnet.az xəbər verir ki, 17 yaşlı idmançı bu barədə "Metaratings.ru" saytına açıqlamasında bildirib.
Jilina Beynəlxalq Konkisürmə Birliyinin (ISU) onun Azərbaycan millisinə keçməsini rədd etdiyi üçün məyus olduğunu söyləyib: “Çox üzülürəm. Azərbaycan millisinə keçmək arzusu ilə yaşayırdım. Bunun üçün hazırlaşırdım".
O, idman vətəndaşlığını dəyişmək üçün təslim olmayacağını vurğulayıb: "Bunun baş verəcəyinə qədər gözləyəcəyəm. Bu, yarışmadığım və buraxmaq məcburiyyətində olduğum üçüncü mövsüm olacaq. Düşünürəm ki, hər kəs bunun hər bir idmançı üçün psixi cəhətdən nə qədər çətin olduğunu başa düşür".
Jilina onu dəstəkləyənlərə təşəkkürün edib: "Hər kəsə, ailəmə, məşqçilərimə, Azərbaycan federasiyasına təşəkkür edirəm”
Qeyd edək ki, Veronika Jilina ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun akademiyasında məşq edir. O, əvvəlki iki mövsümü səhhətindəki problemlərə görə buraxmışdı.
ISU Şurası Jilinanın Azərbaycan milli komandasına qoşulmaq istəyini rədd edib.