
III MDB Oyunlarında badminton üzrə Azərbaycan millisinin üzvü Leyla Camalzadə gümüş medal qazanıb. O, finalda rusiyalı Marina Tarasovaya 0:2 hesabı ilə uduzaraq ikinci yeri tutub. Yarışdan sonra idmançı Sportnet.az-a fikirlərini bölüşüb:
– Nəticəni necə dəyərləndirirsən?
Çox təəssüf ki, gümüş medalla kifayətləndim. Amma finala çıxmağın özü də bir nəticədir. Qızıl medala çox az qalmışdı. Təəssüf ki, bu dəfə alınmadı, amma növbəti yarışlarda qızıl medal qazanmağa çalışacam.
– Qızıl medal üçün nə çatmadı?
Texniki səhvlərim oldu, həm də fiziki baxımdan bir az çatışmazlığım vardı. Üstəlik, 1/4 final mərhələsində zədələndim və bu da finaldakı oyunuma təsir etdi.
– Rəqibin haqqında nə deyə bilərsən?
Rəqibim çox güclü idi, amma mən də ondan geri qalmırdım. Sadəcə, nəticə etibarilə məğlub oldum.