
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk dəfə qaçqın idmançılar da iştirak edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax açıqlama verib.
T.Bax bildirib ki, bu addım dünyadakı qaçqınlara inam simvolu olacaq: "Qaçqın idmançılar heç bir yığma və ölkənin bayrağı altında çıxış etməyəcəklər. Onlar Olimpiya bayrağı altında mübarizə aparacaqlar".
Qeyd edək ki, Rio-2016 5 - 21 avqustda keçiriləcək.