1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İdman jurnalistlərini belə təbrik etdilər...
2 iyul Beynəlxalq İdman Jurnalistləri günü münasibəti ilə Azərbaycanın idman qurumları təbriklər yayıblar. Sportnet.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin kollektivi idman jurnalistlərini təbrik edib.
Təbrikdə önəmli layihələrin işıqlandırılmasında idman jurnalistlərinin rolunun böyük olduğu vurğulanıb: "Ölkədə idmanın çox böyük sürətlə inkişaf etdiyi, Azərbaycanın mötəbər idman yarışlarına ev sahibliyi etdiyi bir dönəmdə həyata keçirilən layihələrin işıqlandırılmasında idman jurnalistlərinin öz yeri və önəmi var. 2015-ci ildə Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarında hər kəslə bərabər idman jurnalistlərinin də çiyninə böyük məsuliyyət və gərgin iş düşür”.
Gənclər və İdman Nazirliyinin kollektivi onlarla əməkdaşlıq edən hər bir idman jurnalistini səmimi qəlbdən təbrik edib, onlara işlərində uğurlar arzu edib.
Öz növbəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə təbrik yayıb. Hər iki qurum idman jurnalistikası sahəsində fəaliyyət göstərən mətbuat nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, 1924-cü ilin bu günündə Fransanın paytaxtı Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) təsis edilməsindən sonra 2 iyul Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.