
Azərbaycan idmançıları indiyədək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 34 lisenziya qazanıb. Sportnet.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, bu sırada yeni idman növləri də var: "Sevindirici haldır ki, velotrek, kanoe-slalom kimi yeni növlərdə lisenziyalar qazanmışıq, triatlonda isə vəsiqə tezliklə əldə olunacaq. Bu da onu göstərir ki, idmanın coğrafiyası genişlənir".
Qeyd edək ki, "Rio-2016" 5 - 21 avqustda keçiriləcək.