Yunanıstanın paytaxtı Afinada olimpiya məşəlinin XXXI Yay Olimpiya Oyunlarının təşkilatçısı Braziliyanın Rio-de-Janeyro şəhərinə təhvil verilmə mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbir olimpiadanın startına 100 gün qalmış 1896-cı ildə ilk olimpiadanın təşkil olunduğu "Panatinaikos" stadionunda baş tutub.
Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos estafeti "Rio-2016" Təşkilat Komitəsinin rəhbəri Karlos Nuzmana ötürüb. Məşəl xüsusi hermetik lampaya yerləşdirilərək, səyahətə başlayıb. İsveçrədə Birləşmiş Millətlər Təşkilatı və Olimpiya Muzeyinə də aparılacaq məşəl ardından mayın 3-də Atlantik okeanı üzərindən Braziliyaya keçəcək.
Orada olimpiya estafeti paytaxt Braziliadan start götürəcək. Təşkilatçıların sözlərinə görə, məşəl 12 min nəfərin müşayiəti ilə Braziliyanın bütün yerlərindən keçəcək və avqustun 5-də Açılış Mərasiminin keçiriləcəyi "Marakana" stadionunda başa çatacaq.
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları mayın 21-dək davam edəcək.