1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gözəl Zutova bürünc medal qazandı - YENİLƏNDİ
Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya təsnifat turniri keçirilir. Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə qadın güləşçilər mübarizə aparıblar.
Azərbaycan təmsilçilərindən Elis Manolova ilə Gözəl Zutova xalça üzərinə çıxıblar. Malovova hər 2 dötüşündə məğlub olaraq mübarizəni dayandıırb. Zutova isə yarımfinalda uduzduğundan finaldan kənarda qalıb və bununla da olimpiadaya lisenziya əldə edə bilməyib. Bununla belə, medal qazanmaq şansını saxlayan güləşçimiz bürümc uğrunda mübarizədə inamlı qələbə qazanıb.
63 kq
1/8 final. Elis Manolova - Monika Eva Mixalik (Polşa) 0:4
Təsəlliverici görüş - Kriszta Tunde İncze (Rumıniya) - Elis Manolova - 11:1
75 kq
1/8 final. Kiran Kiran (Hindistan) - Gözəl Zutova - 0:2 (tuşe)
1/4 final. Gözəl Zutova - Bormaa Oçirbat (Monqolustan) - 4:0 (tuşe)
1/2 final. Mariya Selmayer (Almaniya) - Gözəl Zutova - 12:5
Bürünc medal görüşü - İselin Mariya Moen Solheym (Norveç) - Gözəl Zutova - 0:8
Yarışlarda finala yüksələn hər bir güləşçi olimpiadaya vəsiqəni təmin edəcək. İlk yarış günündə 66 kq çəkidə yunan-Roma güləşçimiz Rəsul Çunayev "Rio-2016"ya lisenziya qazanıb. Bununla da Azərbaycan güləş yığmalarının indiyədək əldə etdikləri vəsiqələrin sayı 14-ə yüksəlib. Sərbəst güləşç yığmamız tam heyətlə - 6 pəhləvanla qatılacaqsa, yunan-Roma güləşçilərimiz 5, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdirlər.