2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Bolqarıstanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Dimitar Kumtsev də çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, olimpiya yığmasının məşqçisi Valentin Rayçev həmkarının itkin düşən güləşçi Lyuben İliyevi əvəzləyəcəyini bildirib.
İliyev 125 kq çəki dərəcəsində çıxış etmək üçün olimpiadaya yollanacaq heyətə daxil edilmişdi. Lakin o, Bolqarıstan komandası Rusiyadakı təlim-məşq toplanışından qayıtdıqdan sonra yoxa çıxıb. Rayçev 27 yaşlı pəhləvanla əlaqə saxlaya bilməklərini söyləyib: "Dimitar emosional baxımdan taraz deyil. Biz onu məşqçi Kumçevlə əvəzləməyə qərar verdik".
Qeyd edək ki, Lyuben İliyev 2012-ci ildə Bolqarıstanın Blaqoyevqrad şəhərində polislə dalaşdığı üçün 5 gün həbsdə yatıb. XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. Azərbaycanı olimpiadada sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində Cəmaləddin Məhəmmədov təmsil edəcək.