1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rio-2016": Bu gün 7 idmançımız mübarizə aparacaq
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq. Sportnet.az-ın məlumatına görə, ilk olaraq, 100 kq çəki dərəcəsindəki cüdoçu Elmar Qasımov tatami üzərinə çıxacaq.
26 yaşlı idmançının 1/16 finaldakı rəqibi rusiyalı Avropa (2009), dünya (2011) və olimpiya çempionu (2012) Tahir Xaybulayev olacaq. Görüş Bakı vaxtı ilə saat 17:14-də başlanacaq.
Saat 20:00-da akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə B finalı (7 - 12-ci yerlər) yürüşünə qatılacaq. Onların rəqibləri serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, almaniyalı Marsel Hakker - Ştefan Krüger, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev cütlükləri olacaq.
Saat 00:30-dan etibarən Azərbaycanın 4 boksçusu rinqə çıxacaq. Əvvəlcə dünya çempionu Cavid Çələbiyev (56 kq) qazaxıstanlı Kayrat Yeraliyevlə 1/16 final döyüşündə üz-üzə gələcək. Qalib boksçu növbəti mərhələdə - avqustun 15-nə keçən gecə saat 01:15-də özbəkistanlı Murodjon Axmadaliyevlə qarşılaşacaq.
Saat 00:45-də Lorentso Sotomayorla (64 kq) ukraynalı Vladimir Matviyçuk arasında 1/16 final döyüşü keçiriləcək. Bu görüşün qalibi növbəti mərhələdə Jonas Junias Jonas (Namibiya) - Hassan Amzil (Fransa) döyüşünün qalibi ilə qarşılaşacaq.
Saat 01:30-da Pərviz Bağırov (69 kq) 1/8 final görüşündə fransalı Süleyman Diop Sissoxo ilə üz-üzə gələcək.
Nəhayət, saat 02:30-da Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov (81 kq) olimpiadada ikinci görüşünə çıxacaq. Onun 1/8 finaldakı rəqibi hollandiyalı Peter Müllenberq (Hollandiya) olacaq.