Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Natalya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşdən də qalib ayrılıb.
Sportnet.az-ın məlumatına görə, 53 kq çəki dərəcəsində çıxış edən Sinişinin venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası 2:1 hesabı ilə yenib. Nəticədə o, Azərbaycanın aktivinə 11-ci medalı yazdırıb.
--------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Natalya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, 53 kq çəki dərəcəsində çıxış edən Sinişinin ilk təsəlliverici görüşdə seneqallı İzabelle Sambunu məğlub edib - 4:0.
O, bürünc medal qazanmaq üçün venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası da yenməlidir.
Qeyd edək ki, Natalya Sinişin mübarizəyə 3 qat olimpiya və 13 qat dünya çempionu, yaponiyalı Saori Yoşidaya qarşı görüşlə başlayıb. Görüş Yoşidanın qələbəsi ilə yekunlaşıb - 0:4. Bununla belə, Yoşidanın finaladək irəliləməsi səbəbindən, Sinişin təsəlliverici görüşdə iştirak hüququna yiyələnib.
---------------------------
Sinişin bürünc medal görüşlərində
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Natalya Sinişin ilk görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Sinişinin rəqibi 3 qat olimpiya və 13 qat dünya çempionu, yaponiyalı Saori Yoşida olub.
Görüş Yoşidanın qələbəsi ilə yekunlaşıb - 0:4.
Bununla belə, Sinişin bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaq. Səbəb Yoşidanın finaladək irəliləməsidir.
Azərbaycan güləşçisi bürünc medal qazanmaqdan ötrü əvvəlcə seneqallı İzabelle Sambunu, ardından venesuelalı Betzabet Ancelika Arquello Vilyeqası yenməlidir.
---------------------------
Azərbaycan qadınlardan ibarət güləş yığması "Rio-2016" Yay Olimpiya Oyunlarında çıxışını başa vurur. Sportnet.az-ın məluatına görə, sonuncu təmsilçimiz Natalya Sinişin 53 kq çəkidə mübarizəyə başlayacaq.
Saat 17:24-də start götürəcək qarşılaşmada onun rəqibi son 3 olimpiadanın qalibi və 13 qat dünya çempionu, yaponiyalı Saori Yoşida olacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal görüşləri saat 24:00-da başlanacaq.
Xatırladaq ki, Sinişin "Bakı-2015" I Avropa Oyunlarının bürünc medalçısıdır.