1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rio-2016: Bu gün 6 idmançımız yarışacaq
XXXI Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.
Sportnet.az-ın məlumatına görə, onlar 4 idman növündə çıxış edəcəklər.
İlk olaraq, taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünü keçirəcək. 80 kq çəki dərəcəsində yer alan iranlı legionerin 1/16 final mərhələsində rəqibi Mali təmsilçisi İsmael Kulibali olacaq. Döyüş Bakı vaxtı ilə saat 17:15-də başlanacaq.
Saat 17:20-də bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılacaq. 26 idmançının yerinə yetirəcəyi 4 hərəkətin yekununda finalçılar müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlanacaq.
Bundan sonra iki sərbəst güləşçi ilk görüşünə çıxacaq. Saat 17:24-də dünya çempionu Hacı Əliyev 57 kq çəkidə 1/8 final görüşünü keçirəcək. Onun ilk rəqibi cənubi koreyalı Yunsik Yun olacaq. Saat 17:48-də isə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (74 kq) kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə qarşılaşacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal yarışları saat 24:00-da başlanacaq.
Saat 18:30-da qadın taekvondoçu Fəridə Əzizova 67 kq çəkidə ilk görüşünü keçirəcək. O, ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gələcək.
Nəhayət, saat 21:45-də boksçu Lorenso Sotomayor 64 kq çəkidə yarımfinal qarşılaşmasına çıxacaq. O, Almaniyanı təmsil edən erməni Artyom Harutunyanı yensə, Azərbaycan boks tarixində ilk dəfə olimpiada finalına yüksələcək.