
Azərbaycan yığması Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında çıxışını yekunlaşdırmaq üzrədir. Sportnet.az-ın məlumatına görə, Dimtri və Roman Saley qardaşları 50 metr məsafətə sərbəst üslulla üzmədə təsnifat mərhələsində uğurlu nəticə göstəriblər.
Belə ki, Dmitri 24.40 saniyə ilə öz qrupunda 1-ci, Roman isə 24.43 saniyə ilə öz qrupunda 2-ci olub. Nəticədə qardaşlar finala vəsiqə qazanıblar və medllar uğrunda yarışacaqlar.
Xatırladaq ki, Dmitri bunadək paralimpiadada 100 metr məsafəyə brass üsulu ilə, Roman isə arxası üstə üzmədə gümüş medal qazanıb.