1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiya çempionumuz Bakıda medalsız qaldı
Azərbaycan taekvondoçuları Bakıda keçirilən Qran Prinin final mərhələsində çıxışlarını başa vurub.
Sportnet.az-ın məlumatına görə, təşkilatçı ölkə yığması 1 qızıl medalla kifayətlənməli olub. Həmin medala 80 kq çəki dərəcəsində yer alan Milad Beigi Harçeqani sahib olub. İrandan olan legioner 80 reytinq xalı və 6000 dollar mükafat da əldə edib.
Digər taekvondoçulara gəldikdə, "Bakı 2015" I Avropa Oyunlarının qalibləri - Ayxan Tağızadə (68 kq) ilə olimpiya çempionu Radik İsayev (+80 kq), eləcə də Roman Samodurov (58 kq) və yeganə qadın taekvondoçu Yaprak Eriş (57 kq) ilk görüşdəcə uduzaraq, medalsız qalıblar.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları 12-13 dekabrda komandalararası dünya çempionatında da mübarizə aparacaqlar.