1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cari ilin hesabatı verildi
Bu gün Gənclər və İdman Nazirliyində ilin yekunlarına dair hesabat xarakterli mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, konfransda gənclər və idman naziri Azad Rəhimov iştirak edib.
Nazir bildirib ki, cari ildə Azərbaycanda 203 yarış keçirilib. Onlardan 52-si isə beynəlxalq səviyyəli yarışlar olub. A.Rəhimov Avropa çempionatı və birinciklərində, kubok yarışlarında 297 qızıl, 250 gümüş və 290 bürünc medal qazanıldığını deyib.
Prezidentin Sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 20 illiyi ilə Azərbaycanda paralimpiya idmanının inkişafında xidmətlərinə görə, 1 nəfər "Dostluq" ordeni, 1 nəfər Azərbaycan Respublikasının Prezidentinin Fərdi Təqaüdü, 1 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə", 12 nəfər "Tərəqqi" medalı verilib.
20 nəfər "Azərbaycan Respublikasının Prezidentinin Fərdi Diplomu" ilə təltif edilib.
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlərə görə, 2 nəfər "Şöhrət" ordeni, 1 nəfər 1-ci dərəcəli "Vətənə xidmətə görə, 2 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə", 5 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə, 18 nəfər "Tərəqqi" medalı, 16 nəfər "Azərbaycan Respublikasının Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub.
XV Paralimpiya Oyunlarının nəticələrinə görə, 2 nəfər "Şöhrət" ordeni, 1 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə", 8 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, 9 nəfər "Tərəqqi" medalı, 1 nəfər isə "Azərbaycan Respublikasının Fəxri Diplomu" ilə təltif edilib.
Cari ildə müxtəlif idman növləri üzrə 90 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib.
Nazir 2017-ci ildə Azərbaycanda keçiriləcək yarışlardan da söz açıb: "Gələn il IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran Prisi və qadın voleybolçular arasında Avropa çempionatı keçiriləcək".