1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
KXDR Cənubi Koreyadakı olimpiadadan imtina etdi
KXDR idmançıları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarında iştirakdan imtina ediblər.
Sportnet.az-ın məlumatına görə, fiqurlu konkisürənlərdən ibarət Rem De Ok və Kim Çju Sik Beynəlxalq Olimpiya Komitəsinə (İOC) iştirak ərizəsi verməyiblər. Olimpiadaya Şimali Koreyadan yalnız onlar lisenziya qazanmışdılar.
İOC ərizə qəbulunu artıq yekunlaşdırıb və digər idmançılara kvotaların verilmə proseduruna başlayıb. Pxençxanda KXDR nümayəndələri əvəzinə Yaponiya fiqurlu konkisürənləri çıxış etmə şansı qazanıblar. Onlar iştiraklarını dekabrın 21-də təsdiqləməlidirlər.
Qeyd edək ki, XIII Qış Olimpiya Oyunları 9 - 25 fevral 2018-ci təşkil olunacaq.