1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiadada medal qazanan idmançıdan dopinq çıxdı
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında körlinq növü üzrə bürünc medal qazanan rusiyalı idmançı Aleksandr Kruşelnitskinin B dopinq-testi də müsbət nəticə verib.
Sportnet.az-ın "Inside The Games" nəşrinə istinadən məlumatına görə, A nümunəsində də dopinq aşarkarlanan idmançının ikinci nümunəsi bu gün səhər saatlarında Seuldakı Anti-Dopinq Laboratoriyasında açılıb. İdmançının B nümunəsində də meldonium maddəsi aşkarlanıb.
Olimpiadada Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə çıxış edib. Onlar qarışıq qoşa yarışda bürünc medal qazanıblar. Kişi körlinqçinin dopinq-testinin müsbət nəticə verməsi üzündən Rusiya Pxençxan-2018-də qazandığı ilk medaldan məhrum edilə bilər.