1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cənubi Koreya və KXDR-dən birgə olimpiada
Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2032-ci il Yay Olimpiya Oyunlarına birgə namizədliyini irəli sürəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen Inın Pxenyanda keçirilmiş sayca üçüncü sammitdən sonra bəyannaməsində bildirilir.
"2032-ci il olimpiadasını keçirmək üçün birgə ərizənin verilməsinə dair razılıq əldə olundu" deyə sənəddə vurğulanıb.
Habelə qeyd olunub ki, bu iki ölkə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vahid komanda göndərməklə ilk belə təcrübəni həyata keçirmək istəyir. 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının açılış mərasimində parada Cənubi Koreya və KXDR yığmaları vahid Koreya bayrağı altında qatılıblar.