Mayın 6-da Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) Əməliyyat Komitəsi Avropa Olimpiya Komitələrinin (EOC) nümayəndə heyətinin rəhbərlərinin toplantısını keçirəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, tədbirdə bir sıra rəsmi şəxslər iştirak edəcək. Bunlar nazir Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan EOC Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçkidir.
Qeyd edək ki, "Boulevard hotel"də təşkil olunacaq toplantı saat 9:00-da başlanacaq.