
2023-cü ildə keçiriləcək III Avropa Oyunlarını keçirməyə yeganə namizəd ölkənin adı açıqlanıb.
Sportnet.az-ın Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytına istinadən verdiyi məlumata görə, Polşa Milli Olimpiya Komitəsi Krakov şəhəri və Malopolsk regionunun birgə ərizəsini təqdim edib. Növbəti Oyunların məkanı iyunun 22-də EOC-un Belarusun paytaxtı Minskdəki Növbədənkənar Baş Assambleyasında açıqlanacaq.
Daha əvvəl Rusiyanın Kazan şəhərinin də namizəd olduğu bildirilirdi.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək ("Report").