Belarusun paytaxtı Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda II Avropa Oyunlarının açılış mərasimi başlanıb.
Sportnet.az-ın Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycanı rəsmi şəxslərdən Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Heyətdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər də yer alıb.