
"Minsk 2019" II Avropa Oyunlarının üçüncü yarış günündə 7 növ üzrə 37 dəst medal sahibini tapacaq.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, bu, Oyunların rekord göstəricisidir. Ümumilikdə isə bu gün mübarizə 10 növü əhatə edəcək.
Azərbaycan idmançıları bu növlərdən 6-da çıxış edəcəklər. Boksçular, samboçular və cüdoçular hərəyə 3 çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Eyni zamanda idman akrobatikası, bədii gimnastika, velosiped idmanının şosse, güllə və stend atıcılığı üzrə yarışlar olacaq.
23 iyun
Gimnastika
16:03. İdman akrobatikası, dinamik hərəkətlər
Qarışıq cütlər, final
Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi
15:20. Bədii gimnastika
Fərdi yarışlar, top, final
Zöhrə Ağamirova
15:40. Bədii gimnastika
Fərdi yarışlar, gürz, final
Zöhrə Ağamirova
Sambo
1/4 final, kişilər
11:00. 52 kq
Ağasif Səmədov – Gintaras Katkus (Litva)
11:26. 62 kq
Cavidan Qarayev – Savvas Karakizidis (Yunanıstan)
11:52. 74 kq
Abdulla Abdullayev – Dino-Dominik Sumpor (Xorvatiya)
Cüdo, kişilər
11:30. 73 kq
Rüstəm Orucov – Sedrik Bessi (Monako)
Hidayət Heydərov – İnqvari Mikloş (Macarıstan)
Qadınlar
11:30. 63 kq
Nuriyə Axundova – Adriana Stefaniya Dobre (Rumıniya)
Boks
15:00. 49 kq. 1/8 final
Rüfət Hüseynov – David Alaverdian (İsrail)
19:30. 64 kq. 1/16 final
Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Hollandiya)
21:00. 75 kq, 1/8 final
Kamran Şahsuvarlı – Maykl Nevin (İrlandiya)
Velosiped idmanı
Şosse
13:00. Kişilər, qrup halında yürüş
Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli
Atıcılıq
Güllə atıcılığı
10:15. Kişilər, pnevmatik tapança, 10 m
Ruslan Lunyov
12:15. Qadınlar, pnevmatik tapança, 10 m
Nigar Nəsirova
Stend atıcılığı
10:00. Kişilər, trap
Əli Hüseynli.