Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) 24-cü Baş Assambleyasının açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, 24-cü Assambleyada dünyanın bütün Milli Olimpiya komitələri (MOK), Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq federasiya və təşkilat komitələrinin 1000-dən çox nümayəndəsi iştirak edir.
Azərbaycanı Assambleyada MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibinin müavini Azər Əliyev və MOK-un Marketinq departamentinin direktoru Mehman Kərimov təmsil edir.