Beynəlxalq Olimpiya Komitəsinin (IOC) əlcəzairli üzvü Mustafa Berrafın ölkəni tərk etməsinə qadağa qoyulub.
Sportnet.az-ın "Le Soir d'Algrie" nəşrinə istinadən verdiyi məlumata görə, səbəb korrupsiya ittihamlarıdır. Berraf Əlcəzair Olimpiya Komitəsinin prezidenti olduğu müddətdə dövlət vəsaitlərini israf etməkdə günahlandırılır. 66 yaşlı funksioner araşdırmalar bitənədək Əlcəzairi tərk edə bilməz. Məsələ ilə bağlı IOC-un şəxsi araşdırmalara başladığı bildirilir.
Qeyd edək ki, Mustafa Berraf 2019-cu ildən IOC üzvüdür. Berraf Əlcəzair Olimpiya Komitəsinin prezidenti vəzifəsindən bu ilin fevralında mətbuatdakı tənqidlərlə əlaqədar istefa verib. Ötən il ona qarşı korrupsiya və maliyyə və korrupsiya ittihamları irəli sürülüb.