Azərbaycanı Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında təmsil edəcək nümayəndə heyətinin növbəti hissəsi səfərə çıxıb.
Sportnet.az-ın məlumatına görə, səfərə müxtəlif növlər üzrə idmançılar, məşqçilər, federasiya rəsmisi, eləcə də jurnalistllər və nazir Fərid Qayıbov başda olmaqla, Gənclər və İdman Nazirliyinin əməkdaşları çıxıblar.
Oyunların açılış mərasimi avqustun 9-da olacaq. Yarışlara isə avqustun 5-dən start verilib. Hələlik Azərbaycanın aktivində medal yoxdur.
Qeyd edək ki, İslamiada avqustun 18-dək davam edəcək.