"Ən güclü komandalar bir qrupa yığıldılar. Çünki Səudiyyə Ərəbistanı, Mərakeş və Kamerun komandaları çox güclüdür. Ümid edək ki, futbolçularımız çətinliyin öhdəsindən gələcəklər”.
Sportnet.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığma komandasının düşdüyü qrup barədə danışarkən deyib.
O, digər komanda növlərində də püşkün nəticələrini dəyərləndirib: "Bir neçə yarışda beş komanda olsa da, qalib fərqli sistemlə müəyyənləşəcək. Ç.Hüseynzadə əksər növlərdə Azərbaycan və Türkiyə yığmalarının eyni qrupa düşməsinə belə münasibət bildirib: "Əlbəttə, bu, oyunların gərgin olacağını göstərir. İdmandır, hazırlaşmaq və qalib gəlmək lazımdır".
Reqlamentə görə, voleybol turnirində qadınların mübarizəsində cəmi 5 komanda olacaq. Onlar dairəvi sistem üzrə oynayacaqlar. Sonda da ən çox xal toplayan qalib olacaq. MOK rəsmisi pley-off mərhələsi barədə məlumatsız olduğunu deyib: "Bir neçə idman növündə beş komanda mübarizə aparır. İndi yadımda qalmayıb, hansında pley-off olacaq, ya olmayacaq. Həndbolda da eyni məsələ yaşanır. Ancaq məsələnin həlli bizdən asılı deyil. Bu, beynəlxalq federasiyaların qoyduğu qanunlara əsasən olacaq”.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarına mayın 8-də futbol yarışları ilə start veriləcək.